Ana Sayfa > Karusel / Dünya > ABŞ vətəndaşlarını Ukraynadan çıxarmaq üçün Polşaya hərbçilər göndərəcək
ABŞ vətəndaşlarını Ukraynadan çıxarmaq üçün Polşaya hərbçilər göndərəcək10-02-2022, 07:28. Yazar: Admin |
Ağ Ev Pentaqonun ABŞ vətəndaşlarının Ukraynadan təxliyəsini təşkil etmək üçün Polşaya hərbçilərin yerləşdirilməsi planını təsdiqləyib. Qarabaginfo.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Nəşrin məlumatına görə, Rusiyanın müdaxiləsi olarsa, ABŞ öz vətəndaşlarını Polşaya aparmağı planlaşdırır. ABŞ hərbçiləri yaxın günlərdə Polşa və Ukrayna sərhədində nəzarət-buraxılış məntəqələri və çadır şəhərcikləri qurmağa başlayacaq. Bundan əvvəl Polşanın milli müdafiə naziri Mariuş Blaşçak bildirib ki, Amerika ordusunun əlavə qüvvələri ölkənin cənub-şərqində Ukrayna sərhədlərinə yaxın ərazidə yerləşdiriləcək. Beləliklə, 1 700 əsgər Rzeşov yaxınlığındakı Yasionka hava limanı vasitəsilə Polşaya gəlməlidir. Geri dön |