Ana Sayfa > Karusel / Dünya > Makronla Bayden arasında telefon danışığı olub

Makronla Bayden arasında telefon danışığı olub


10-02-2022, 00:20. Yazar: Admin

Makronla Bayden arasında telefon danışığı olub - YENİLƏNİB

ABŞ Prezidenti Co Bayden Rusiya və Ukraynaya səfər etmiş Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki məlumat verib.

“Prezident Bayden Makronla səhər saatlarında danışıb. Həftə ərzində dövlət başçısının digər avropalı siyasətçilərlə danışması da gözlənilir”, deyə Psaki qeyd edib.

Ağ Ev sözçüsü əlavə edib ki, Vaşinqton hələ ki, fransız liderin Rusiya prezidenti ilə görüşünə dair mövqeyini açıqlamayıb.

 


Geri dön