Ana Sayfa > Karusel / Gündəm > Rusiyada dənli bitkilərin istehsalı azalıb

Rusiyada dənli bitkilərin istehsalı azalıb


9-02-2022, 22:36. Yazar: Admin

Rusiyada dənli bitkilərin istehsalı azalıb

Rusiyada 2021-ci ildə 121,4 milyon ton dənli bitki yığılıb ki, bu da 2020-ci illə müqayisədə 9% azdır.

Qarabaginfo.az-ın xəbərinə görə, bu statistikanı Rosstat yayıb.

Rosstatın məlumatına görə, 2020-ci ildə Federasiyada 133,5 milyon ton dənli bitki, o cümlədən 85,9 milyon ton taxıl toplanıb.

2021-ci ildə isə taxıl tədarükü 11,5% azalaraq 76 milyon tona, arpa 27,5% azalaraq 1,7 milyon tona, düyü isə 5,8% azalaraq 1,076 milyon tona enib.
Lakin qarğıdalı tədarükü 9,8% artaraq 15,2 milyon tona, qarabaşaq tədarükü 3% artaraq 918 min tona yüksəlib.

Digər vacib kənd təsərrüfatı məhsullarına gəlincə: ötən il şəkər çuğundurunun tədarükü 21,6% artaraq 41,2 milyon tona, günəbaxan yığımı 17,6% artaraq 151,7 milyon tona çatıb. Əsas məhsullardan olan kartofun həcmi isə 6,7% azalaraq 18,3 milyon tona, tərəvəz məhsulları isə 2,8% azalaraq 13,5 milyon tona enib.


Geri dön