Ana Sayfa > Karusel / Gündəm > Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəlib

Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəlib


9-02-2022, 22:27. Yazar: Admin

Klublararası dünya çempionatı: Çelsi finala yüksəlib

Futbol üzrə klublararası dünya çempionatında digər finalçının adına aydınlıq gəlib.

Qarabaginfo.az-ın məlumatına görə, yarımfinalda Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasını 1:0 hesabı ilə məğlub edən İngiltərənin "Çelsi" komandası həlledici qarşılaşmada oynamaq hüququ qazanıb. London təmsilçisində yeganə qolu 32-ci dəqiqədə Romelu Lukaku vurub.

"Zadəganlar"ın finaldakı rəqibi Braziliya "Palmeyras"ı olacaq. Bu görüş fevralın 12-də keçiriləcək. 3-cü yer uğrunda matçda isə "Əl-Hilal" və "Misirin "Əl-Əhli" klubları üz-üzə gələcəklər.

Qeyd edək ki, klublararası dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərində təşkil olunur.


Geri dön