Ana Sayfa > Karusel / Gündəm > Fransa Mərkəzi Bankının mətbəəsi yanıb

Fransa Mərkəzi Bankının mətbəəsi yanıb


9-02-2022, 20:15. Yazar: Admin

Fransa Mərkəzi Bankının mətbəəsi yanıb

Fransa Mərkəzi Bankının Püi-de-Dom departamentindəki mətbəəsində yanğın baş verib.

Qarabaginfo.az-ın “francetvinfo.fr” saytına istinadla xəbərinə görə, yanğın mətbəənin dizayn bölməsində baş verib. Hadisə nəticəsində 24 nəfər tüstüdən zəhərlənib. Onlardan dördü xəstəxanaya yerləşdirilib, digərlərinə hadisə yerində yardım edilib. Yanğının söndürülməsinə 60 nəfər canlı qüvvə və çox sayda texnika cəlb olunub.

Yanğın olan mətbəədə əvvəllər Fransa frankı çap edilib. Hazırda mətbəənin əsas funksiyası avro çapıdır.


Geri dön