Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanın daha 16 müəssisəsinə Rusiyaya pomidor və alma ixracına icazə verilib

Azərbaycanın daha 16 müəssisəsinə Rusiyaya pomidor və alma ixracına icazə verilib


9-02-2022, 19:04. Yazar: Admin

Azərbaycanın daha 16 müəssisəsinə Rusiyaya pomidor və alma ixracına icazə verilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") fevralın 10-dan etibarən Azərbaycanın daha 16 müəssisəsinə Rusiyaya pomidor və alma tədarük etməyə icazə verib.

Qarabaginfo.az-ın "Rosselxoznadzor"a istinadən verdiyi məlumata görə, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.

Bu günədək Azərbaycanın 226 müəssisəsindən və 1 kooperativdən pomidor, 77 müəssisədən isə Rusiyaya alma ixracına icazə verilib.


Geri dön