Ana Sayfa > Karusel / İnfrastruktur > Nərimanovda qəzalı vəziyyətdə olan ağaclar götürüləcək

Nərimanovda qəzalı vəziyyətdə olan ağaclar götürüləcək


9-02-2022, 18:18. Yazar: Admin

 

 

Azərbaycanda daha bir dövlət agentliyi yaradılır | Report.az

Nərimanov rayonu, Əhməd bəy Ağaoğlu küçəsi ilə Xətai prospektinin kəsişməsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Qarabaginfo.az xəbər verir ki, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı Nərimanov rayon Bələdiyyəsi tərəfindən ərazidəki qəzalı vəziyyətdə olan ağacların götürülməsi ilə bağlı Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət daxil olduğu müəyyən edilib. Agentlik tərəfindən qəzalı vəziyyətdə olan ağacların hər birinin əvəzinə bir neçə ağacın əkilməsi şərtilə götürülməsinə rəy verilib.


Geri dön