Ana Sayfa > Karusel / Region > Azərbaycan və Moldova sahibkarları arasında görüş keçiriləcək
Azərbaycan və Moldova sahibkarları arasında görüş keçiriləcək9-02-2022, 18:01. Yazar: Admin |
Moldova tərəfi iş adamlarının iştirakı ilə qarşılıqlı səfərlərin və tədbirlərin təşkilində maraqlıdır. Qarabaginfo.az xəbər verir ki, bu barədə Moldovanın Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovla Bakıda keçirdiyi görüşdə deyib. O, KOBİA ilə Moldovanın müvafiq qurumu arasında əlaqələrin genişləndirilməsini də ölkələrin biznes ictimaiyyəti arasında əməkdaşlığın inkişafına öz töhfəsini verə biləcəyini bildirib. Nazir ölkələr arasında münasibətlərin inkişaf etdiyini, sahibkarlıq sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını vurğulayıb. Görüşdə iki ölkənin iş adamları arasında əməkdaşlıq perspektivlərinə, Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində sahibkarların iştirakı ilə tədbirin təşkili imkanlarına dair fikir mübadiləsi aparılıb. Nazir Niku Popesku Azərbaycan iş adamlarını Moldovaya səfərə dəvət edib. Geri dön |