Ana Sayfa > Karusel / Siyasət > Ermənistan XİN: “Vyanadakı görüşdə Türkiyə ilə sərhədlərin açılması müzakirə olunacaq”

Ermənistan XİN: “Vyanadakı görüşdə Türkiyə ilə sərhədlərin açılması müzakirə olunacaq”


9-02-2022, 17:51. Yazar: Admin

Ermənistan XİN: “Vyanadakı görüşdə Türkiyə ilə sərhədlərin açılması müzakirə olunacaq”

“Vyanadakı görüşdə Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulması, həmçinin sərhədlərin açılması məsələlərinin müzakirəsini gözləyirik”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan söyləyib.

Onun sözlərinə görə, Antalyada keçiriləcək forumda iştirak məsələsi daha çox İrəvan və Ankaranın xüsusi nümayəndələrinin Vyanada apardıqları danışıqların nəticəsindən asılıdır.

Qeyd edək ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin növbəti görüşü fevralın 24-də Avstriyanın paytaxtı Vyanada baş tutacaq.


Geri dön