Ana Sayfa > Karusel / Siyasət > Lavrov ATƏT sədri ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

Lavrov ATƏT sədri ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək


9-02-2022, 17:21. Yazar: Admin

Lavrov ATƏT sədri ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə görüşəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, görüş fevralın 15-də keçiriləcək.

“Görüşdə ATƏT məkanındakı münaqişələr, Ukraynanın cənub-şərqindəki böhran, Dnestryanı münaqişənin nizamlanması müzakirə olunacaq”, deyə Rusiya XİN rəsmisi vurğulayıb.

Zaxarova Lavrovun ATƏT-in fəaliyyətdə olan sədri ilə Qarabağdakı vəziyyəti də müzakirə edəcəyini söyləyib.


Geri dön