Ana Sayfa > Karusel / Gündəm > Rusiya Cənubi Osetiya kimi Xankəndi separatçılarıyla da saziş imzalaya bilərmi?

Rusiya Cənubi Osetiya kimi Xankəndi separatçılarıyla da saziş imzalaya bilərmi?


9-02-2022, 16:40. Yazar: Admin
Rusiya Cənubi Osetiya kimi Xankəndi separatçılarıyla da saziş imzalaya bilərmi?

 

 

"Düşünmürəm ki, bu baş versin. Çünki Moskvanın Kiyev və Tiflisə münasibəti Azərbaycana münasibətilə müqayisədə mahiyyət etibarı ilə kifayət qədər fərqlidir”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu Rusiyanın qondarma rejim olan Cənubi Osetiya ilə yeni saziş imzalaması fonunda, Xankəndidəki erməni separatçı tör-töküntülərdən ibarət rejimi də "de-yure” tanıyıb-tanımayacağı ehtimalından danışarkən deyib:
   
"Rusiyanın Azərbaycana münasibətdə belə halı müşahidə etməyəcəyik. Moskva Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə ciddi problem yaratmadı. Kreml istəsəydi, II Qarabağ müharibəsinin gedişinə müxtəlif bəhanələrlə müdaxilə edə bilərdi, amma etmədi. Amma Kreml Ermənistanda Paşinyanı cəzalandırmaq və bu ölkənin Rusiyanın təsir dairəsindən çıxmasına yol verməmək üçün 44 günlük müharibədə həm öz, həm də Azərbaycanın marağına uyğun bir mövqe seçdi. Azərbaycan da beynəlxalq şəraitin yaratdığı imkanlardan istifadə edərək problemi 44 günlük müharibə ilə həll etdi. Azərbaycan həm də balanslaşdırılmış xarici siyasət həyata keçirir. Hətta Avropa istəsə də, Azərbaycan özünün enerji siyasətində Rusiya maraqlarına cavab verməyən siyasət həyata keçirmir”.
Ekspert qeyd edir ki, Rusiyanın Gürcüstan və Ukrayna ilə münasibətləri isə kifayət qədər fərqli müstəvidədir:
"Bu ölkələrlə Rusiyanın isti münasibətləri yoxdur. Tiflis Rusiyanın orada olması səbəbindən 3+3 formatını qəbul etmədi. Tiflis və Kiyev Rusiyanın təhdidinə baxmayaraq, NATO-ya can atmaqda davam edir. Belədə onlar bölgədə Rusiyanın təhlükəsizlik maraqlarını nəzərə almırlar. Ona görə də Kreml separatçı rejimləri tanımaq, onlarla sazişlər imzalamaqla Kiyev və Tiflisə müəyyən mesajlar verir”.

Geri dön