Ana Sayfa > Karusel / Gündəm > "Elektron Hesablayıcı Maşınları Zavodu"nun direktoru dəyişib
"Elektron Hesablayıcı Maşınları Zavodu"nun direktoru dəyişib9-02-2022, 16:27. Yazar: Admin |
Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus "Elektron Hesablayıcı Maşınları Zavodu" MMC-yə yeni direktor təyin olunub. Qarabaginfo.az xəbər verir ki, bu, Eldar Vəliyevdir. O, zavodun rəhbərliyində Murad Allahverdiyevi əvəz edib. Xatırladaq ki, "Elektron Hesablayıcı Maşınları Zavodu" SSRİ Nazirlər Sovetinin 5 may 1972-ci il tarixli qərarı ilə 1986-cı ildə istismara verilib, 1993 – 2005-ci illərdə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərib, 2006-cı ildən isə MSN-nin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 32 629 515 manatdır. Geri dön |