Ana Sayfa > Karusel / Gündəm > Vaksin vurduranlar çoxdur deyə qapanmaya GEDİLMİR

Vaksin vurduranlar çoxdur deyə qapanmaya GEDİLMİR


9-02-2022, 16:15. Yazar: Admin

Sutkalıq yoluxma sayının çox olmasına baxmayaraq, ölkədə heç bir qapanmalara gedilmir. Bu da vaksinasiya göstəricisinin yüksək olması ilə əlaqəlidir.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib.

 

Onun sözlərinə görə, iki doza peyvənd alanların sayı kifayət qədər yüksəkdir. Onların çox hissəsində yan təsirlər müşahidə olunmayıb:

 

"Həmin yüksək qoruyuculuğu davam etdirmək istəyənlər "buster" dozanı qəbul etməklə həyatlarını sığortalamış olacaqlar. Növbəti dozaların aralarındakı fərq 6 ay və ya ildə bir dəfə vurulması epidemioloji vəziyyətdən asılı olacaq. Pandemiya bitsə, peyvəndlərin vurulması bir ildən-bir ola bilər".


Geri dön