Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda son sutkada 7 779 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb

Azərbaycanda son sutkada 7 779 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb


9-02-2022, 15:51. Yazar: Admin

Azərbaycanda son sutkada 7 779 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7 779 yeni yoluxma faktı qeydə alınıb, 6 315 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 718 145 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 660 112 nəfər müalicə olunaraq sağalıb, 8 948 nəfər vəfat edib, aktiv xəstə sayı 49 085 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 314, ötən müddət ərzində isə ümumilikdə 6 316 102 test aparılıb.


Geri dön