Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda məmurlar müğənnilərə niyə mənzil hədiyyə edirlər?

Azərbaycanda məmurlar müğənnilərə niyə mənzil hədiyyə edirlər?


9-02-2022, 13:50. Yazar: Admin
facebook sharing button

Azərbaycanda məmurların müğənnilərə, xüsusilə də sənətdə yeni addımlayan gənc xanımlara mənzil, maşın hədiyyə etməsi adi hala çevrilib. Demək olar ki, bu barədə yerli mediadan mütəmadi olaraq məlumatlar alırıq.

Bu gün sosial şəbəkələrdə daha bir xəbər yayıldı. Bildirilir ki, “Kristal Abşeron” MTK-nın sahibi, “Azəraqrartikinti” ASC-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Ağalar Vəliyev “Pişik Günel” kimi tanınan müğənni Güne Ələkbərovaya mənzil hədiyyə edib.

Ağalar Vəliyev: Azərbaycanın gücü qarşısında işğalçı Ermənistan acizdir - "İki sahil"

Müğənniyə hədiyyə olunan mənzilin “Kristal Abşeron” MTK-nın Xırdalan layihəsindəki binalardan birində yerləşdiyi bildirilir. Hətta qeyd olunur ki, G.Ələkbərova həmin mənzildən yaşayış yeri kimi yox, ticarət obyekti kimi istifadə edəcək.

Ölkədə evsizlik ucbatından ailə qura bilməyən on minlərlə gənc var. Hazırda xeyli sayda ailələr məhz mənzil-məişət probleminə görə dağılmaqdadır. Ancaq müğənnilər bahalı maşınlarda gəzir, təm-təraqlı evlərdə yaşayırlar. Bütün bunları da onlara qazandıran məhz məmurlardır.

Sual olunur: A.Vəliyev deputat seçildiyi dairədə yaşayan bir şəhid ailəsinə mənzil hədiyyə edibmi? Təbii ki yox!

Bəs məmurların müğənni xanımlara olan belə “qayğıkeş” münasibətinin arxasında hansı amillər dayanır?

KONRKET.az-a danışan Azərbaycan Tibbi Universitetinin dosenti Rəşid Mahmudov bu məsələyə sərt münasibət bildirib:

“Belə məmurlar büdcəni dağıdıb yox ediblər. Onlar müğənniyə nəinki maşın, ev, hətta lazım osla, torpaqlarımızı da satıb verərlər. Bunlar banditdirlər”.


Geri dön