Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov moldovalı həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıb
Ceyhun Bayramov moldovalı həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıb9-02-2022, 12:59. Yazar: Admin |
“Müzakirələr zamanı həm ikitərəfli müstəvidə, eyni zamanda çoxtərəfli platformalarda münasibətlərimizə nəzər yetirmişik”. Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov moldovalı həmkarı Niku Popesku ilə keçirdiyi birgə brifinqdə söyləyib. “Bu gün iqtisadi sahədə olan potensiala nəzər yetirilib. Kənd təsərrüfatı, telekommunikasiya məsələlərini müzakirə etdik. Eyni zamanda regional təhlükəsizliklə bağlı geniş fikir mübadiləsi apardıq. 44 günlük Vətən müharibəsi nəticəsində yaranan yeni reallıqlar barədə məlumat verdim. Bununla bağlı Azərbaycan dövlətinin prioritetlərindən danışdım”, - nazir bildirib. Geri dön |