Ana Sayfa > Karusel / Gündəm > 16 şəxs barədə qərar ləğv edildi - Tərtər hadisələri
16 şəxs barədə qərar ləğv edildi - Tərtər hadisələri9-02-2022, 12:50. Yazar: Admin |
"Tərtər işi" ilə bağlı 16 şəxs barəsində məhkəmə qərarlarının ləğv olunduğu açıqlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, "Tərtər işi" ilə bağlı əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılan, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxslərlə bağlı cinayət işləri öyrənilərkən müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarları ləğv edilib.
Rəsmi məlumata görə, əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü Baş Prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilib.
Eyni zamanda, Quliyev Elçin Mətləb oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılmış cinayət təqibinə öldüyünə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilmiş 19 dekabr 2017-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan Baş Prokuror tərəfindən ləğv edilmiş və onunla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarın qəbul edilməsi təmin ediləcək. Geri dön |