Ana Sayfa > Karusel / Gündəm > "Tərtər işi"ndə 281 nəfər zərər çəkib - RƏSMİ

"Tərtər işi"ndə 281 nəfər zərər çəkib - RƏSMİ


9-02-2022, 12:41. Yazar: Admin

"Tərtər işi" ilə bağlı ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınıb.

 

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib.

 

"Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilib. İş üzrə zərərçəkmiş şəxslərin müəyyən edilərək dindirilməsi prosesi davam etdirilir", - xəbərdə qeyd edilir.


Geri dön