Ana Sayfa > Karusel / Gündəm > KTMT-nin Baş katibindən Azərbaycan-Ermənistan sərhədindəki durumla bağlı AÇIQLAMA

KTMT-nin Baş katibindən Azərbaycan-Ermənistan sərhədindəki durumla bağlı AÇIQLAMA


9-02-2022, 12:21. Yazar: Admin
KTMT-nin Baş katibindən Azərbaycan-Ermənistan sərhədindəki durumla bağlı AÇIQLAMA

 

KTMT-nin baş katibi “Valday” Beynəlxalq Diskussiya Klubu çərçivəsində kollektiv təhlükəsizlik üzrə konfransda Azərbaycan Ermənistan münasibətlərindən danışıb.

Qarabaginfo.az-ın məlumatına görə, Baş katib münasibətlərin nisbətən normallaşmasında Rusiyanın rolunu yüksək qiymətləndirib.

O bildirib ki, üçtərəfli bəyanatın imzalanmasından və Rusiya sülhməramlılarının Dağlıq Qarabağa daxil olmasından sonra vəziyyət sabitləşib, qan tökülməsi dayanıb.

S.Zas sərhəddəki duruma da münasibət bildirib:

“Ermənistan-Azərbaycan sərhədində, daha doğrusu, təmas xəttində gərginlik ocaqları var. Ara-sıra atışma olur, amma “belə olmamalıdır”. İndi tərəflərin qarşısında sərhədin delimitasiyası və demarkasiyası kimi ciddi vəzifə durur. Bu, regionun təhlükəsizliyini gücləndirəcək”.


Geri dön