Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Boks Federasiyasına yeni prezident seçilib - FOTO

Azərbaycan Boks Federasiyasına yeni prezident seçilib - FOTO


9-02-2022, 11:54. Yazar: Admin

 

Azərbaycan Boks Federasiyasına yeni prezident seçilib - FOTO

Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib.

Qarabaginfo.az-ın məlumatına görə, tədbir Gənclər və İdman Naziriliyinin inzibati binasında baş tutub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev federasiyanın prezidenti seçilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.

Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.

Qeyd edək ki, ABF-yə 2009-cu il yanvarın 23-dən Kəmaləddin Heydərov, daha əvvəl isə Ağacan Abiyev rəhbərlik edib.

Sahil Babayev


Geri dön