Ana Sayfa > Karusel / Gündəm / İdman > Azərbaycan Boks Federasiyasının prezidentliyinə namizədi bəlli olub

Azərbaycan Boks Federasiyasının prezidentliyinə namizədi bəlli olub


9-02-2022, 10:53. Yazar: Admin

 

Azərbaycan Boks Federasiyasının prezidentliyinə namizədi bəlli olub

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti vəzifəsinə namizəd şəxs müəyyənləşib.

Qarabaginfo.az-ın məlumatına görə, bu, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.

S.Babayevin bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək ABF-in hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyəcək.

Qeyd edək ki, K.Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.

Sahil Babayev

Geri dön