Ana Sayfa > Karusel / Gündəm > Türkiyədə 17 hərbçi və 4 bələdiyyə işçisi qara görə köməksiz qaldı

Türkiyədə 17 hərbçi və 4 bələdiyyə işçisi qara görə köməksiz qaldı


9-02-2022, 09:50. Yazar: Admin

Türkiyədə 17 hərbçi və 4 bələdiyyə işçisi qara görə köməksiz qaldı

 

Türkiyənin Balıkesir şəhərində Kazdağı Milli Parkında güclü qar səbəbindən 17 hərbçi və 4 bələdiyyə işçisi köməksiz vəziyyətdə qalıb.

Qarabaginfo.az  “TRT Haber”ə istinadən xəbər verir ki, sözügedən şəxslərlə bağlı xilasetmə əməliyyatına başlanılıb.

Bildirilir ki, hərbi personalı daşıyan 3 maşınla yolu qardan təmizləməyə çalışan Balıkesir Böyükşəhər Bələdiyyəsinin əməkdaşları yolda qalıb.

Balıkesir valisi Hasan Şıldakın sözlərinə görə, qara görə köməksiz qalan hərbçilər və bələdiyyə işçiləri ilə tez-tez telefonla əlaqə saxlanılır.


Geri dön