Ana Sayfa > Karusel / Dünya > AFR, Fransa və Polşa Rusiyanı Avropada təhlükəsizlik üzrə dialoqa çağırıb

AFR, Fransa və Polşa Rusiyanı Avropada təhlükəsizlik üzrə dialoqa çağırıb


9-02-2022, 07:41. Yazar: Admin

 

AFR, Fransa və Polşa Rusiyanı Avropada təhlükəsizlik üzrə dialoqa çağırıb

Berlin, Paris və Varşava Moskvanı Avropada təhlükəsizlik məsələləri üzrə substantiv dialoqa başlamağa və Ukrayna ətrafında yaranmış gərginliyin aradan qaldırılmasına kömək etməyə çağırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts, Fransa, Polşa prezidentləri Emmanuel Makron və Anjey Dudanın Berlində "Veymar üçbucağı" adlanan formatda apardıqları danışıqların yekunları üzrə çərşənbə axşamı yaydıqları birgə bəyanatda deyilir.

“Veymar üçbucağı"nın (Almaniya, Fransa və Polşa) dövlət və hökumət başçıları Avropa və transatlantik təhlükəsizlik arxitekturasının gücləndirilməsi üçün birgə səylərə sadiq olduqlarını vurğulayıblar”, - sənəddə deyilir.

Üç ölkənin liderləri Rusiyanı Ukrayna sərhədindəki vəziyyəti yumşaltmağa və Avropa qitəsində təhlükəsizlik üzrə substantiv dialoqa başlamağa kömək etməyə çağırıblar.

Eyni zamanda Şolts, Makron və Duda qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri üzrə substantiv və nəticəyönümlü danışıqlarda konstruktiv iştiraka hazır olduqlarını bəyan ediblər.


Geri dön