Ana Sayfa > Karusel / Dünya > Aİ Rusiyanın Ukraynanı ələ keçirməyə çalışdığına inanmır
Aİ Rusiyanın Ukraynanı ələ keçirməyə çalışdığına inanmır9-02-2022, 07:39. Yazar: Admin |
Avropa İttifaqı (Aİ) hesab edir ki, Rusiya Ukraynanı ələ keçirmək niyyətində deyil. Bu sadəcə olaraq Avropada təhlükəsizlik mənzərəsinə yenidən baxılması üçün təzyiqdir. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu fikri Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel ABŞ-da keçirdiyi mətbuat konfransında bildirib. O, Rusiya ilə dialoqun vacibliyini vurğulayıb və bununla bağlı Fransa Prezidentinin Rusiyaya səfərini alqışlayıb. "Rusiyanın Ukraynanı ələ keçirmək istədiyinə inanmırıq. Biz inanırıq ki, Rusiya Ukraynaya Avropada hazırda şübhə altında olan təhlükəsizlik sistemi ilə bağlı danışıqlar aparmaq üçün təzyiq göstərmək istəyir”. Cozep Borrel bildirib ki, Rusiyanın NATO-nun genişlənməsi də daxil olmaqla, təhlükəsizlik narahatlıqları var və bütün bu məsələlər danışılmalıdır. “İnanmıram ki, Rusiya indi də Hitler 1941-ci ildə SSRİ-yə hücum etdiyi kimi Ukraynaya da hücum etmək niyyətindədir. İndi dünya müharibəsi başa çatandan bəri ən kritik məqamdır söyləmək düzgün deyil”,-deyə Borrell əlavə edib Geri dön |