Ana Sayfa > Karusel / Gündəm > BMT Baş katibi Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların olacağına inanmır
BMT Baş katibi Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların olacağına inanmır9-02-2022, 00:47. Yazar: Admin |
“BMT Baş katibi Antoniu Quttereş Moskva, Kiyev, Vaşinqtonda yüksək səviyyəli diplomatik fəaliyyətləri görməkdən çox məmnundur. O, Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların olmayacağına inanmaqda davam edir” Qarabaginfo.az xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik keçirdiyi mətbuat konfransında bildirib. “Bu məsələ fəaliyyətimizin və siyasətimizin diqqət mərkəzində olmaqda davam edir. Baş katib hər hansı eskalasiyanın qarşısını almaq üçün diplomatik fəallığın artırılması zəruri olduğunu düşünür. Biz sadəcə bu kimi yüksək səviyyəli diplomatik görüşlərdən nəticə çıxara bilərik”, - sözçü əlavə edib. Geri dön |