Ana Sayfa > Karusel / Gündəm > Suriyada terror aktları nəticəsində 18 nəfər ölüb

Suriyada terror aktları nəticəsində 18 nəfər ölüb


9-02-2022, 00:01. Yazar: Admin

Suriyada son bir neçə gün ərzində 10 terror aktı və təxribat törədilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Suriyada Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzi məlumat yayıb.

Terror aktları nəticəsində 18 nəfər ölüb, 25 nəfər yaralanıb.

Məlumata görə, silahlı qrupların rəhbərləri Homs, Dəməşq, Dəra və Əs-Suveyda əyalətlərində dövlət rəsmilərinə və obyektlərə qarşı təxribat törətməyi planlaşdırırmış.


Geri dön