Ana Sayfa > Karusel / Gündəm > Klublararası dünya çempionatında ilk finalçı məlum OLDU

Klublararası dünya çempionatında ilk finalçı məlum OLDU


8-02-2022, 23:33. Yazar: Admin

Klublararası dünya çempionatında ilk finalçı məlumOLDU

Futbol üzrə klublararası dünya çempionatında ilk finalçı bəlli olub.

Qarabaginfo.az xəbər verir ki, yarımfinalda Misirin "Əl-Əhli" klubunu 2:0 hesabı ilə məğlub edən Braziliya "Palmeyras"ı adını həlledici oyuna yazdırıb. Cənubi Amerika təmsilçisinin heyətində qolları 39-cu dəqiqədə Rafael Veyqa və 49-cu dəqiqədə Dudu vurublar.

"Palmeyras"ın finaldakı rəqibi Səudiyyə Ərəbistanının "Əl-Hilal" və İngiltərənin "Çelsi" klubları arasındakı digər yarımfinal matçının qalibi olacaq. Bu qarşılaşma fevralın 9-da keçiriləcək.

Qeyd edək ki, klublararası dünya çempionatı Birləşmiş Ərəb Əmirliklərində təşkil olunur.


Geri dön