Ana Sayfa > Karusel / Gündəm > “Xəstəxanaya gedərkən karyeramı bitirməyi planlaşdırdım” - Eriksen o anlardan danışdı

“Xəstəxanaya gedərkən karyeramı bitirməyi planlaşdırdım” - Eriksen o anlardan danışdı


8-02-2022, 23:05. Yazar: Admin

“Xəstəxanaya gedərkən karyeramı bitirməyi planlaşdırdım”

AÇ-2020-nin Danimarka – Finlandiya matçında (0:1) huşunu itirən və daha sonra ürəyindən əməliyyat olunan Kristian Eriksen necə sağalmasından danışıb.

Qarabaginfo.az xarici Kİv-ə istinadən xəbər verir ki, danimarkalı futbolçu həmin vaxt karyerasını bitirməsi barədə düşünüb.

"Xəstəxanaya gedərkən karyeramı bitirməyi planlaşdırdım və bu barədə dərhal həyat yoldaşıma məlumat verdim, lakin iki gündən sonra fikrimi dəyişdim. O günləri dəfələrlə xatırladım və dərk etməyə çalışdım. Hər müayinədən sonra qayıda bilməyəcəyimdən şübhələnirdim. İndi hər şey yaxşı gedir”, - Eriksen bildirib.

Qeyd edək ki, Eriksen ürək tutmasından sonra altı aydan çox futbol oynamayıb. O, ötən ay İngiltərənin “Brentford” klubu ilə 6 aylıq müqavilə imzalayıb.


Geri dön