Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda torpaq uçqunu: “Azərsu”nun işçiləri xəsarət alıb
Azərbaycanda torpaq uçqunu: “Azərsu”nun işçiləri xəsarət alıb10-04-2019, 10:37. Yazar: Admin |
Dünən axşam saatlarında Ucarda torpaq uçqunu olub. Kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı “Azərsu” ASC-nin 2 əməkdaşı xəsarət alıb. "Qarabaginfo" Minval.info-ya xəbərinə görə, bunu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, zərərçəkənlərin həyatı üçün təhlükə yoxdur: “Vilnur Sadıqov adlı əməkdaşımız hazırda Ucar Mərkəzi Rayon Xəstəxanasında müayinə olunur”. ONA yazır ki, ümumilikdə, 4 nəfər uçqun altında qalıb. Həmin şəxslər uçqun altından çıxarılıb. Onlardan ikisinin xəsarəti ağır olduğu üçün onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Geri dön |