Ana Sayfa > Karusel / Gündəm > Kolumbiyada torpaq sürüşməsi 7 nəfərin həyatına son qoyub

Kolumbiyada torpaq sürüşməsi 7 nəfərin həyatına son qoyub


8-02-2022, 22:59. Yazar: Admin

Kolumbiyada torpaq sürüşməsi 7 nəfərin həyatına son qoyub

Kolumbiyanın qərbində yerləşən Pereyra şəhərində güclü yağışdan sonra torpaq sürüşməsi baş verib.

Qarabaginfo.az xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 29 nəfər yaralanıb.

Ərazidə axtarış-xilasetmə əməliyyatına başlanılıb

Təbiət hadisəsi Otun çayının məcrasını bağlayıb. Yerli KİV-in məlumatına görə, daha iki nəfər itkin düşüb.


Geri dön