Ana Sayfa > Karusel / Gündəm > Böyük Britaniya Polşaya 350 dəniz piyadası göndərəcək

Böyük Britaniya Polşaya 350 dəniz piyadası göndərəcək


8-02-2022, 21:48. Yazar: Admin

Böyük Britaniya Polşaya 350 dəniz piyadası göndərəcək

Böyük Britaniya 350 dəniz piyadasını Polşaya göndərəcək.

Qarabaginfo.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Şotlandiyanın Arbroat şəhərində yerləşən 45-ci batalyonun hərbi qulluqçuları yaxın vaxtlarda Polşaya yerləşdiriləcək.

“Onlar Ukrayna sərhədində davam edən gərginlik şəraitində Polşa Silahlı Qüvvələri ilə birgə təlimlərdə iştirak edəcək”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur.


Geri dön