Ana Sayfa > Karusel / Gündəm > Metroda sərnişinlərin çantaları niyə yoxlanılır?
Metroda sərnişinlərin çantaları niyə yoxlanılır?8-02-2022, 20:10. Yazar: Admin |
Bakı Metropoliteninin stansiyalarının girişində metro polisi tərəfindən sərnişinlərin çantalarının yoxlanılması üçün X-RAY cihazından istifadə olunur. Bu addım hansı zərurətdən irəli gəlir? Qarabaginfo.az bildirir ki, bu məsələlərlə bağlı DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"nun sorğusuna cavab verib. E.Hacıyev bildirib ki, Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra qabaqcıl üsul və texnologiyalar geniş tətbiq edilir: “Metropolitenə keçirilməsi qadağan olunan əşyalar bu rəqəmsal sistemin imkanları ilə aşkarlanır. Ötən il 8 ədəd avtomat patronu, 48 ədəd kəsici-deşici alət aşkarlanıb. Bu əşyaları metropolitenə keçirmək istəyən 9 azyaşlı olmaqla, ümumilikdə 68 nəfər şəxs polis tərəfindən müəyyən olunub. Onların hər biri barəsində araşdırmalar aparılmaqla qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin edilib”. Geri dön |