Ana Sayfa > Karusel / Gündəm > “Saudi Aramco”nun səhmlərinin bir hissəsi satılır
“Saudi Aramco”nun səhmlərinin bir hissəsi satılır8-02-2022, 19:43. Yazar: Admin |
Dünyanın ən böyük və ən bahalı neft şirkəti olan “Saudi Aramco”nun bir hissəsi satışa çıxarılır. Qarabaginfo.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, səhmlərinin 98,5 %-i Səudiyyə Ərəbistanı dövlətinə məxsus olan şirkətin rəhbərliyi səhmlərin 2,5 %-ini yerli və yaxud xarici birjada SPO şəklində (ikinci dərəcəli yerləşdirmə) satışa çıxartmağa hazırlaşır. Həmin əməliyyat baş tutarsa, əldə ediləcək 50 milyard ABŞ dolları vəsaitin ölkə iqtisadiyuyatının şaxələndirilməsi məqsədlərinə sərf olunacağı bildirilir. Xatırladaq ki, 2019-cu ilin sonunda “Aramco” Ər-Riyad birjasında səhmlərinin listinqini həyata keçirərək dövlətə məxsus səhmlərin 1,5 %-ini sataraq 29,4 milyard ABŞ dolları əldə etmişdi ki, bu da həmin vaxta tarixin ən böyük listinqi kimi qeydə alınmışdı. Həmin vaxt “Aramco”nun ümumi dəyəri 1,7 trilyon ABŞ dolları təşkil edib. 2021-ci ilin aprel ayında pandemiyadan sonrakı dövrdə dünya iqtisadiyyatının dirçələcəyi gözləntilərilə əlaqədar olaraq “Saudi Aramco”nun səhmlərinin 1 %-ini satmaqla bağlı danışıqlar getdiyi üzə çıxmışdı. Bu sövdələşmənin məbləği 19 milyard ABŞ dolları həcmində dəyərləndirilir. Geri dön |