Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > ABŞ-ın xarici ticarət kəsiri 80,7 mlrd. dollara yüksəlib
ABŞ-ın xarici ticarət kəsiri 80,7 mlrd. dollara yüksəlib8-02-2022, 18:32. Yazar: Admin |
|
2021-ci ilin dekabr ayında ABŞ-ın xarici ticarət kəsiri noyabrdakı 79,3 mlrd. dollardan 80,7 mlrd. dollara yüksəlib. Qarabaginfo.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Ticarət Departamentinin açıqlamasında deyilir. Ekspertlər orta hesabla ABŞ-ın ticarət kəsirinin noyabrda əvvəl elan edilmiş 80,2 mlrd. dollardan 83 mlrd. dollaradək artacağını gözləyirlər. ABŞ-ın ticarət kəsiri sentyabrda qeydə alınmış 81,4 mlrd. dollarlıq tarixi maksimuma yaxınlaşıb. Hesabat ayında idxal 20,5% artaraq rekord həddə – 308,9 mlrd. dollara, ixrac isə 18,5% artaraq 228,1 mlrd. dollara çatıb. Geri dön |