Ana Sayfa > Karusel / Gündəm > Rusiyada 41 minə yaxın uşaq COVID-ə qarşı peyvənd olunub

Rusiyada 41 minə yaxın uşaq COVID-ə qarşı peyvənd olunub


8-02-2022, 18:12. Yazar: Admin

Rusiyada 41 minə yaxın uşaq COVID-ə qarşı peyvənd olunub

Rusiyada 41 000-ə yaxın uşaq koronavirus infeksiyasına qarşı peyvənd olunub.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko COVID-19 ilə mübarizə üzrə hökumət yanında koordinasiya şurasının iclasında bildirib.

O, Rusiyanın bütün regionlarının 12-17 yaşlı sakinlərinin peyvənd oluna biləcəyinə aydınlıq gətirib və peyvənd olunmanın könüllü olduğunu söyləyib.

Muraşko onu da bildirib ki, uşaqlar digər ştamlarla müqayisədə Omikrona 2,5 dəfə daha çox yoluxurlar.


Geri dön