Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan və Gürcüstanın enerji sistemlərinin birləşdirilməsi müzakirə olunub
Azərbaycan və Gürcüstanın enerji sistemlərinin birləşdirilməsi müzakirə olunub8-02-2022, 17:57. Yazar: Admin |
Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Romeo Mikautadze Azərbaycana işgüzar səfəri çərçivəsində “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevlə görüşüb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib. Tərəflər iki ölkə arasında energetika sektorunda əməkdaşlığın prioritet istiqamətlərini müzakirə ediblər. Qeyd olunub ki, Azərbaycan bu sahədə Gürcüstanın strateji tərəfdaşıdır. Bildirilib ki, Gürcüstan və Azərbaycan elekrik enerjisinin ötürülməsi üzrə mövcud infrastrukturun müasir tələb və çağırışlara tam cavab verməsi üçün gələcək inkişafı gündəlikdə durur. Görüşdə əlavə elektrik ötürücü xətlərinin inşası üzrə birgə həyata keçirilən layihələr də nəzərdən keçirilib. R.Mikautadze “Azərenerji”nin rəhbərini Gürcüstanın energetika bazarında aparılan islahatlar barədə məlumatlandırıb. Sonda tərəflər iki ölkənin enerji sistemlərinin birləşdirilməsi üçün əlavə ötürmə infrastrukturunun inşasının vacibliyini vurğulayıblar. Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də iştirak edib. Geri dön |