Ana Sayfa > Karusel / Gündəm > Çavuşoğlu Ərdoğanın səhhəti barədə açıqlama verib
Çavuşoğlu Ərdoğanın səhhəti barədə açıqlama verib8-02-2022, 17:54. Yazar: Admin |
“Prezidentimizin səhhəti çox yaxşıdır, səsi də çox yaxşı gəlir. Davamlı olaraq telefon danışıqları da aparır”. Qarabaginfo.az-ın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. O, özünün də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon əlaqəsi saxladığını vurğulayıb: “Çox şükür, səsi yaxşı gəlirdi”. Nazir Ərdoğanın Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan səfərinə də toxunub. Çavuşoğlu qeyd edib ki, səfərin reallaşması Türkiyə Prezidentinin koronavirus testlərinin nəticəsindən asılı olacaq: “Bu, testlərin nəticələrindən asılıdır. Səfər uzun müddət əvvəl planlaşdırılıb. 15 fevralda Dubay EXPO-da Milli Gün olacaq, inşallah, o zamana qədər sağalar”. Qeyd edək ki, Ərdoğan və xanımı COVID-19-un Omicron ştamına yoluxub. Geri dön |