Ana Sayfa > Karusel / Gündəm > Çin ABŞ-a 1 saata uçacaq təyyarə hazırladı

Çin ABŞ-a 1 saata uçacaq təyyarə hazırladı


8-02-2022, 17:35. Yazar: Admin

 

Çinin “Space Transportation” (Lingkong Tianxing Technology) startapı 2030-cu ildə ABŞ-a 1 saata uçacaq hipersəsli raket-təyyarə hazırlayıb.

Qarabaginfo.az xəbər verir ki, sözügedən təyyarə həm ölkələrarası səfərlər, həm də kosmik turizm üçün istifadə oluna bilər.

2019-cu ildən raket mühərriklərinin prototipləri sınaqdan keçirilib. Son prototip 2023-2025-ci illər arasında ilk real sınaqlarını keçirə biləcək. Sərnişinlərlə ilk uçuşun 2024-cü ildə həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bu sahədə Rusiya və ABŞ kimi ölkələri qabaqlayan Çin uzun müddətdir ki, raketlər və hipersəs planerləri ilə təcrübələr aparır.

 


Geri dön