Ana Sayfa > Karusel / Gündəm > Son sutkada 37 mindən çox “buster” doza vurulub

Son sutkada 37 mindən çox “buster” doza vurulub


8-02-2022, 16:41. Yazar: Admin

Son sutkada 37 mindən çox “buster” doza vurulub

 

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 126 vaksin vurulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 652, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 204, “buster” doza üzrə isə 37 270 olub.

Vurulan vaksinlərin ümumi sayı 12 261 740, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 252 035, ikinci mərhələ üzrə 4 754 599 nəfər təşkil edir. Ümumilikdə isə 2 255 106 “buster” doza vurulub.

 

 


Geri dön