Ana Sayfa > Karusel / Gündəm > “Ermənistanın getməyə yeri yoxdur, onların kiməsə lazım olduğunu düşünürsünüz?” - Lukaşenko
“Ermənistanın getməyə yeri yoxdur, onların kiməsə lazım olduğunu düşünürsünüz?” - Lukaşenko8-02-2022, 15:10. Yazar: Admin |
“Ermənistanın getməyə yeri yoxdur. Onların kiməsə lazım olduğunu düşünürsünüz? Onlar artıq görüblər... Nikol Vovayeviç bunu görüb”.
Qarabaginfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Vladimir Solovyova müsahibəsində Belarus, Rusiya və digər postsovet ölkələrinin ittifaq dövlətinə qoşulma perspektivlərindən danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycan bu koqortadan kənardır. “Azərbaycan bu koqortadan kənardır, biz orada çoxlu səhvlərə yol vermişik. Bu ayrı söhbətdir. Və orada , əlbəttə, Türkiyə Azərbaycana ciddi dəstək verir. Yollar, qaz, neft Türkiyədən keçir... Düşünürəm ki, Türkmənistan, Özbəkistan və Tacikistan da iqtisadi ehtiyaclarından çıxış edərək qoşulacaqlar”, - deyə Lukaşenko qeyd edib. Lukaşenko bildirib ki, Belarus artıq oradadır: “Düşünürəm ki, bu, Qazaxıstan üçün yaxşı dərs idi. 15 illik müddətdən danışsaq, səhvlər etməsək, əminəm ki, Ukrayna orada olacaq. Qalanı isə perimetr boyunca bu qüvvənin birləşməsinə paralel və ya bunun birləşməsi prosesində olacaq”. Geri dön |