Ana Sayfa > Karusel / İdman > İdmançımız Olimpiadada finala vəsiqə qazandı

İdmançımız Olimpiadada finala vəsiqə qazandı


8-02-2022, 14:07. Yazar: Admin

İdmançımız Olimpiadada finala vəsiqə qazandı

 

Bu gün Pekində ilk yarışına çıxan idmançımız Vladimir Litvintsev 1-ci qısa proqramını bitirib.

Qarabaginfo.az xəbər verir ki, o, 84,15 bal toplayaraq 18-ci yerə çıxıb və finala vəsiqə qazanıb.

Növbəti dəfə fevralın 10-da kişi fiqurlu konkisürənlərin sərbəst proqramında çıxış edəcək Litvintsev bu günkü çıxışından razı qaldığını bildirib: “Sübh tezdən başlayan məşqlərimiz çox çətin olur, ona görə də ilk növbədə istirahət edəcəm ki, fevralın 10-dakı yarışda da proqramımı düzgün yerinə yetirim”.

Litvintsevlə yanaşı bu gün yarışa qatılan 30 iştirakçıdan 24-ü finala yüksəlib. Azərbaycan Olimpiya Komandasının digər üzvü, fiqurlu konkisürmədə qadınların yarışında çıxacaq Yekaterina Ryabova fevralın 12-də Pekinə yola düşəcək. Ryabovanın yarışı  15 və 17 fevral tarixində baş tutacaq.


Geri dön