Ana Sayfa > Karusel / Gündəm > Lukaşenkonun sözləri Ermənistanı təşvişə SALDI

Lukaşenkonun sözləri Ermənistanı təşvişə SALDI


8-02-2022, 13:37. Yazar: Admin

Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu ölkənin Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulma ehtimalı ilə bağlı rezonans doğuran bəyanatına cavab verib.

 

Qarabaginfo.az xəbər verir ki, Ermənistan XİN-in mətbuat katibi Vaan Hunanyan bununla bağlı Feysbuk səhifəsində paylaşım edib.

 

“Belarus Prezidentinin orijinal geosiyasi təhlilləri ilk növbədə öz daxili siyasi gündəmlərinə xidmət etməlidir. Bu təhlillərin Ermənistana və onun xarici siyasətinə heç bir aidiyyəti yoxdur”,- deyə XİN rəsmisi bildirib.

 

Qeyd edək ki, rusiyalı teleaparıcı Vladimir Solovyova müsahibə verən Belarus lideri Aleksandr Lukaşenko keçmiş Sovet ittifaqının bərpası ilə bağlı müzakirələrə səbəb olacaq fikirlər səsləndirib. O hesab edir ki, müharibədə məğlub olan Ermənistanın artıq çıxış yolu yoxdur.

 

Lukaşenko, eyni zamanda Ermənistanın gücsüz duruma düşdüyünü, heç kimə lazım olmadığı və buna görə İttifaqa qoşulmağa məcbur qaldığını vurğulayıb. Onun fikirləri Ermənistan XİN-də təşviş yaradıb.


Geri dön