Ana Sayfa > Karusel / Gündəm > Bakı Nəliyyat Agentliyinin işçilərinin yazdığı cərimələr ödənilməlidirmi?

Bakı Nəliyyat Agentliyinin işçilərinin yazdığı cərimələr ödənilməlidirmi?


8-02-2022, 12:01. Yazar: Admin
Bakı Nəliyyat Agentliyinin işçilərinin yazdığı cərimələr ödənilməlidirmi?

 

“Prezident İlham Əliyevin ötən gün imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanda Bakı Nəqliyyat Agentliyinin (BNA) işçilərinin paytaxtda dayanma-durma qaydalarının pozulmasına görə yazdığı cərimələrlə bağlı heç bir müddəa yoxdur”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Onun sözlərinə görə, Agentliyin Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi cərimələrlə bağlı heç nəyi dəyişmir və onlar ödənilməlidir: "İnzibati Xətalar Məcəlləsinin tətbiqi ilə bağlı dövlət başçısının fərmanı var. Həmin fərmana görə, paytaxtın inzibati ərazisində dayanma-durma və parklanma qaydalarının pozulmasına görə cərimələrin yazılması BNA-nın səlahiyyətinə verilib. Həmin səlahiyyət dünənki fərmanla geri alınmayıb, ona xitam verilməsi və yaxud başqa quruma verilməsi barədə heç nə yoxdur. Hətta bu səlahiyyətlərə xitam verilməsi barədə fərman olsa belə, həmin xitama qədərki cərimələr ödənilməlidir”.

Ekspert bildirib ki, hələlik dayanma-durma və parklanma qaydalarına riayət edilməsinə nəzarət yenə də BNA-nın səlahiyyətindədir: “Qeyd edilən fərmanda iki əsas müddəa var. Bunlar BNA-nın Bakı meriyasının, “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin isə Daxili İşlər Nazirlyinin tabeliyinə verilməsidir. Dayanma-durma məsələlərinə nəzarətlə də bağlı fərmanda hələlik heç bir müddəa yoxdur. Bu məsələlərlə də bağlı ayrıca fərmanlar olmalıdır”.


Geri dön