Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb


8-02-2022, 11:50. Yazar: Admin

 

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı açıqlanıb

"Hazırda Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 300 minə yaxındır".

Qarabaginfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva deyib.

Onun sözlərinə görə, son 20-30 il ərzində bütün ölkələrdə şəkərli diabet xəstələrinin sayı dayanmadan artır: "Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, əgər 2019-cu ildə dünyada şəkər xəstələrinin sayı 463 milyon nəfər idisə, hazırda bu rəqəm 537 milyondur. Statistik məlumatlar göstərir ki, təəssüf ki, Azərbaycanda da diabet xəstələrinin sayının artması müşahidə olunur. Məsələn, 2017-ci ildə müalicə-profilaktika müəssisələrinin qeydiyyatında, təqribən, 243 min diabet xəstəsi olduğu halda, hazırda bu rəqəm 300 minə yaxındır".


Geri dön