Ana Sayfa > Karusel / Gündəm > Cavanşir Feyziyev səhv edib, cəzalandırılacaq - Hikmət Hacıyev

Cavanşir Feyziyev səhv edib, cəzalandırılacaq - Hikmət Hacıyev


8-02-2022, 10:50. Yazar: Admin
Cavanşir Feyziyev səhv edib, cəzalandırılacaq - Hikmət Hacıyev
"Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deputat Cavanşir Feyziyevin jurnalistləri təhqir etməsi ilə bağlı Prezidentin köməkçisi Hikmət Hacıyevi məlumatlandırıb. 
"Unikal"ın məlumatına görə, R.Arifoğlu bildirib ki, Prezidentin köməkçisi Hikmət Hacıyevlə bu məsələni telefonla danışıb. 
"Hikmət Hacıyev qeyd etdi ki, dövlət öz jurnalistinin yanındadır. Bildirdi ki, sahibsiz deyilsiz. Bu məsələdə jurnalistlər haqlıdır. Biz hesab edirik ki, Cavanşir Feyziyev səhv edib və cəzalandırılacaq. Rəhbərliyə məruzə olunub. Dövlətin mövqeyi bundan ibarətdir ki, jurnalistlər tək deyil və Cavanşir Feyziyev cəzalandırılacaq", - deyə o vurğulayıb.

Geri dön