Ana Sayfa > Karusel / Dünya > ABŞ Prezidentinin müşaviri istefa verib
ABŞ Prezidentinin müşaviri istefa verib8-02-2022, 08:21. Yazar: Admin |
ABŞ Prezidenti Co Baydenin elmi işlər üzrə müşaviri Erik Lender istefa verib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat yayıb. Psaki bildirib ki, prezident artıq Lenderin istefasını qəbul edib və ona gələcək karyerasında uğurlar arzulayıb. “Politico” nəşrinin məlumatına görə, Lender ona qarşı ittihamlardan sonra istefaya məcbur olub. Belə ki, o, tabeliyindəki işçilərlə pis rəftarda və onları zəhərləməkdə ittiham edilirdi.(Apa) Geri dön |