Ana Sayfa > Karusel / Dünya > Böyük Britaniya Polşaya daha 350 hərbçi göndərəcək

Böyük Britaniya Polşaya daha 350 hərbçi göndərəcək


8-02-2022, 07:37. Yazar: Admin

 

Böyük Britaniya Polşaya daha 350 hərbçi göndərəcək

Böyük Britaniya Ukrayna ətrafında yaranan gərginlik fonunda Polşaya əlavə 350 hərbçi göndərəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Sky News Britaniyanın müdafiə naziri Ben Uollesə istinadən xəbər yayıb.

"Biz birlikdə hərəkət etmək bacarığımızı nümayiş etdirmək üçün Polşada əlavə 350 hərbçi yerləşdirəcəyik", - telekanal onun sözlərindən sitat gətirib.

Uolles qərarını Londonda polşalı həmkarı Mariuş Blaşak ilə görüşdə açıqlayıb.

Qeyd edək ki, artıq ABŞ-ın 82-ci hava-desant diviziyasının növbəti qrupu Polşaya gəlib. ABŞ hərbçilərinin Polşaya müvəqqəti yerləşməsi NATO-nun şərq cinahının gücləndirilməsi məqsədini daşıyır. Yaxın müddət ərzində Polşaya göndərilən ABŞ hərbçilərinin sayı 1700 nəfərə çatacaq.(Report)


Geri dön