Ana Sayfa > Karusel / Gündəm > Almaniyada siyasətçilərə qarşı cinayətlər artıb
Almaniyada siyasətçilərə qarşı cinayətlər artıb8-02-2022, 00:00. Yazar: Admin |
Almaniyada siyasətçilərə qarşı törədilən cinayətlərin sayında kəskin artım var. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə “Handelsblatt” nəşri Cinayət İşləri üzrə Federal İdarəyə istinadən məlumat yayıb. Qurumun hesabatına əsasən, son 4 ildə ölkədə siyasətçilərə qarşı cinayətlərin sayı 3 dəfə artıb. 2017-ci ildə bu cür qanun pozuntularının sayı 1517 olduğu halda, 2021-ci ildə 4458-ə bərabər olub. Güc strukturları cinayətlərin sayının atmasını pandemiya fonunda Almaniya cəmiyyətinin radikallaşması ilə əlaqələndirir.
Geri dön |