Ana Sayfa > Karusel / Gündəm > İtaliya Avropa çempionatına ev sahibliyi etmək istəyir

İtaliya Avropa çempionatına ev sahibliyi etmək istəyir


7-02-2022, 22:40. Yazar: Admin

İtaliya Avropa çempionatına ev sahibliyi etmək istəyir

İtaliya 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi üçün namizədliyini irəli sürmək niyyətindədir.

Qarabaginfo.az ANSA-ya istinadən xəbər verir ki, İtaliya Futbol Federasiyası turnirin təşkilində maraqlı olduğu barədə UEFA-nı məlumatlandırıb.

Namizədlik layihəsi 2023-cü il aprelin 12-dək qitə futbol qurumuna təqdim edilməlidir. Avropa çempionatının yeri ilə bağlı yekun qərarın 2023-cü ilin sentyabrında veriləcəyi gözlənilir.

Qeyd edək ki, İtaliya daha əvvəl 1968 və 1980-ci illərdəki turnirləri qəbul edib.


Geri dön