Ana Sayfa > Karusel / Gündəm > “Ermənistanın getməyə yeri yoxdur” - Lukaşenko
“Ermənistanın getməyə yeri yoxdur” - Lukaşenko7-02-2022, 19:32. Yazar: Admin |
Belarus Prezidenti Aleksandr Lukaşenko “Solovyov Live” YouTube kanalına müsahibəsində bildirib ki, postsovet məkanının böyük hissəsinin sıx ittifaqda birləşməsi yaxın 15 ildə qaçılmazdır. Qarabaginfo.az-ın regnum.ru-ya istinadən məlumatına görə, Lukaşenko ölkəsinin artıq həmin ittifaqda olduğunu bildirib:
“Belarus artıq ümumi “təhlükəsizlik məkanında”dır və Qazaxıstana da “yaxşı dərs”oldu. Heç bir səhvə yol verilməsə, Ukrayna 15 il ərzində orada ola bilər. Ermənistanın getməyə yeri yoxdur. Sizcə onların kiməsə ehtiyacı varmı? Onlar bunu artıq görüblər. Azərbaycan bu qrupdan ona görə seçilir ki, biz də çoxlu səhvlərə yol vermişik. Təbii ki, Türkiyə Azərbaycanı çox ciddi dəstəkləyir. Qaz, neft Türkiyədən keçir... Türkmənistan, Özbəkistan və Tacikistan da, zənnimcə, iqtisadi zərurətə görə qoşulacaqlar”. Lukaşenko qeyd edib ki, Belarus Rusiyadan müstəqil ola bilməz, çünki onun enerji resurslarından və bazarından asılıdır. Geri dön |